Müştərilər üçün Qaydalar və Şərtlər – İstifadəçi Razılaşması
Bu Ümumi Qaydalar və Şərtlər Alo Vəkil tətbiqinin istifadəsinə tətbiq edilən və onu tənzimləyən şərtləri müəyyən edir.
“Bizim” və ya “biz” kimi istinadlar, habelə “Administrasiya” istifadə edildikdə, “Alovəkil” internet resursunun və mobil tətbiqin (bundan sonra - platforma) sahibi fərdi sahibkar Rzayev Kənan Bədirxan oğlu nəzərdə tutulur.
Alo Vəkil tətbiqindən istifadə etmək üçün siz aşağıda göstərilən şərtlərlə razılaşırsınız:
- Təriflər
- (“biz”, “bizim” və ya “biz” kimi istinadlar istifadə olunur) – AloVəkil mobil tətbiqi də daxil olmaqla Platforma üzərində mülkiyyət hüquqlarına və onu idarəetmə səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən şəxsdirdir.
- Alovəkil Xidmətləri – Platforma üzərindən “Tərəfdaş Vəkil”in müştərilərə real vaxt rejimində göstərdiyi hüquqi məsləhət xidmətləri.
- Alovəkil Tətbiqi – “Tərəfdaş Vəkil”lər və müştərlər üçün real vaxt rejimində hüquqi məsləhət xidmətini əldə etmək üçün smartfon proqramı.
- Platforma – AloVəkil.com veb ünvanında yerləşdirilmiş internet resursu, müxtəlif əməliyyat sistemləri əsasında internet resursuna əlavələr və başqa xidmətlər, mobil tətbiq (AloVəkil Tətbiqi), proqram təminatı, habelə Administrasiya, Tərəfdaş Vəkil və Müştəri tərəfindən yerləşdirilmiş məlumat bazasından ibarət olan informasiya sistemidir.
- Müştəri – Alovəkil Platformasından istifadə edərək Alovəkil Xidmətləri ilə bağlı müraciət edən fiziki şəxs.
- “Tərəfdaş Vəkil” (həmçinin “siz” kimi istinad istifadə olunur) – Alovəkil Platforması üzərindən Alovəkil Xidmətlərini təqdim edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. Hər bir “Tərəfdaş Vəkil” Alovəkil Tətbiqindən və Alovəkil Platformasından istifadə etmək üçün şəxsi hesab əldə edəcək.
- Xidmət haqqı – Alovəkil Xidmətlərini göstərilməsi üçün Müştəri tərəfindən “Tərəfdaş Vəkil”ə ödənilməli haqq.
- Tətbiqdaxili Ödəniş – Müştərinin Alovəkil Tətbiqi vasitəsilə Alovəkil Xidmətlərinə görə ödəmək üçün istifadə etdiyi kartlar, daşıyıcı fakturaları və digər nağdsız ödəniş üsulları.
- Şəxsi Hesab (kabinet) – Müştəri tərəfindən qeydiyyat nəticəsində yaradılan hesab və şəxsi məlumatlarını, parol, adını, əlaqə məlumatları, sənədləri, habelə digər əməliyyatları barədə məlumatları saxlayan və Müştəriyə onlara dəyişiklik etmək imkanı verən platformanın qorunan səhifələrinin məcmusudur. Müştəri istifadəçi adı və şifrəni daxil etməklə Şəxsi Hesabına daxil ola bilər.
- Müştərinin şəxsi hesab məlumatları – Müştərinin qeydiyyat vaxtı və ya platformanın xidmətlərindən istifadə edərkən sərbəst şəkildə özü haqqında təqdim etdiyi şəxsi məlumatlar daxil olmaqla istənilən informasiya, Platformadan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumat, o cümlədən IP-ünvan, cookie-dən məlumat, Müştərinin brauzeri haqqında və Müştəri haqqında başqa məlumatlardır.
- Real vaxt rejimində hüquqi məsləhət xidməti - Müştərinin “Andriod” və “İOS” əməliyyat sistemini dəstəkləyən smartfon mobil cihazlarındakı Alovəkil Tətbiqi üzərindən etdiyi zənglərin “Tərəfdaş Vəkil” tərəfindən qəbul edilməsi və Müştəriyə real vaxt rejimində şifahi hüquqi məsləhət xidmətinin təqdim edilməsi.
- Platformada qeydiyyat
- Platformada qeydiyyatdan keçdikdən sonra Müştəri platformanın xidmətlərindən istifadə hüququ əldə edir.
- Qeydiyyatdan keçərkən Müştərinin hesab və şəxsi məlumatları göstərilir. Müştəri hesab və şəxsi məlumatlarını dəyişə bilər.
- Müştəri öz hesab və şəxsi məlumatlarının məxfiliyini qorumalı və onları 3-cü şəxslərə yaymamalıdır. Qanunvericiliyə uyğun olaraq, Müştərinin maraqlarını təmsil etmək və onun adından çıxış etmək hüququ əldə etmiş şəxslər istisna olmaqla, Müştəri platformaya giriş üçün öz hesab və şəxsi məlumatlarını birbaşa və ya dolayı yolla 3-cü şəxslərə vermək hüququna malik deyildir.
- Müştərinin hesab və şəxsi məlumatlardan istifadə edilməklə həyata keçirilən istənilən hərəkətlər Müştərinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilmiş hesab olunur və həmin hərəkətlər nəticəsində bu Ümumi Qaydalar və Şərtlərlərin və qanunvericiliyin tələblərinin pozulmasına görə Müştəri şəxsən məsuliyyət daşıyır.
- Müştərinin şəxsi məlumatlarının yayılması və ya 3-cü şəxslər tərəfindən əldə olunması şübhələri olduqda özü tərəfindən və ya Administrasiyanın tələbi ilə Müştəri dərhal hesab və şəxsi məlumatlarını dəyişməlidir.
- Administrasiya təminat vermir ki, Müştərilər qeydiyyat məlumatlarında göstərilən şəxslərdir və onlar əsl kimliklərini göstərmişlər. Administrasiya Müştərilərin qeyd etdikləri məlumatların doğruluğuna görə məsuliyyət daşımır. Bu cür məlumatların doğruluğuna, başqa şəxslərin hüquqlarının pozulmasına, Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə Müştərilər şəxsən məsuliyyət daşıyırlar.
- Administrasiya Müştəri tərəfindən qeydiyyat zamanı verilən məlumatların yoxlanması üçün xüsusi vasitələrdən istifadə etmək və Müştərinin şəxsi kabinetinə girişini bloklaşdırmaq hüququnu özündə saxlayır.
- Administrasiya qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Müştərinin qeydiyyat zamanı təqdim etdiyi hesab və şəxsi məlumatların 3-cü şəxslərə verilməməsinə zəmanət verir.
- Tərəfdaş Vəkillər tərəfindən Müştərinin təqdim etdiyi məlumatların yayılması, sui-istifadə edilməsi, həmin məlumatlardan istifadə edilməklə Müştərinin hüquqlarının pozulmasına görə Administrasiya məsuliyyət daşımır.
- AloVəkil tətbiqindən istifadə
- Administrasiya, AloVəkil proqramı vasitəsilə müştərilər və Tərəfdaş Vəkillər arasında AloVəkil xidmətlərinin göstərilməsi və bu xidmətlər üçün müraciətlərin vasitəçiliyinə imkan verən xidməti təqdim edir və özü birbaşa olaraq müştərilərə AloVəkil xidmətlərini göstərmir. AloVəkil xidmətləri sizinlə Tərəfdaş Vəkil arasında qanunverciliyə uyğun olaraq formalaşan razılaşma əsasında Tərəfdaş Vəkillər tərəfindən həyata keçirilir. Tərəfdaş Vəkillər peşəkar xidmət təminatçıları kimi müstəqil əsaslarla (şəxsən) platforma üzərindən AloVəkil xidmətlərini göstərirlər. Administrasiya Müştəri (siz) və Tərəfdaş Vəkil arasında münasibətlərin birbaşa iştirakçısı deyildir, hər iki tərəfin arasında yaranan öhdəliklərin yerinə yetirilməsi üçün heç bir şəkildə məsuliyyət daşımır. İstehlakçı hüquqlarından, qanuni öhdəliklərdən və ya AloVəkil xidmətlərinin göstərilməsi ilə bağlı qanundan irəli gələn mübahisələr müştərilər və Tərəfdaş Vəkillər arasında həll ediləcək. Tərəfdaş Vəkillər və onlar haqqında məlumatlar AloVəkil tətbiqində mövcuddur və göstərilən xidmətlər üçün qəbzlər Müştərinin profilində qeyd olunan elektron poçt ünvanına göndərilir və ya AloVəkil tətbiqi vasitəsi ilə təqdim edilir, və ya şəxsi kabinetində əks olunur. Bu Ümumi Qaydalar və Şərtlərlərlə razılaşmaqla siz qəbul edir və razılaşırsınız ki, İstehlakçıların Hüquqularının Müdafiəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən xidmət göstərən tərəf Tərəfdaş Vəkildir.
- Müştəri (siz) AloVəkil tətbiqi vasitəsilə AloVəkil xidmətlərinin göstərilməsi üçün Tərəfdaş Vəkil ilə qanunvericiliyə uyğun razılığa gəlir. Siz AloVəkil xidməti üçün Tərəfdaş Vəkilə Xidmət haqqı ödəyirsiniz və bunun üçün Tətbiqdaxili Ödənişdən istifadə edirsiniz. Xidmət haqqının hesablanması və ödənişi bu Ümumi Qaydalar və Şərtlərin 4-cü bəndinə uyğun olaraq həyata keçirilir. Ödənişlər bu Ödənişlərə qüvvədə olan qanuna uyğun olaraq tətbiq edilən vergilər daxil olacaq. Bununla belə, tətbiq olunan qanuna əsasən, əlavə vergilər tətbiq edildikdə (məsələn, banklar tərəfindən hesablanan və tutulan) və Administrasiyanın onları AloVəkil Tətbiqində göstərilən ödənişlərə daxil etmək öhdəliyi olmadığı hallarda, bu cür əlavə vergilər tətbiq olunan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək və əlavə tutulacaq.
- AloVəkil Tətbiqinin quraşdırılması zamanı sərnişinin mobil nömrəsi müvafiq AloVəkil Müştəri hesabına əlaqələndirilir və məlumat bazamıza əlavə edilir. Mobil nömrənizdən istifadə etmədiyiniz halda, şəxsi hesabınızda mobil nömrənizi dəyişməli və ya hesab məlumatlarınızı anonimləşdirmək üçün 7 gün ərzində Administrasiyanı xəbərdar etməlisiniz. Nömrənizdə hər hansı dəyişiklik barədə bizə məlumat verilmədiyi halda, mobil operatorunuz eyni mobil nömrəni digər şəxsə sata bilər və həmin şəxs AloVəkil tətbiqindən istifadə edərkən sizin məlumatları əldə etmə imkanına sahib olacaqdır.
- Fərdi məlumatlarınız https://alovekil.com/az/legal/privacy-policy ünvanında mövcud olan Məxfilik Bildirişinə uyğun olaraq işləniləcək. Bu Ümumi Qaydalar və Şərtlərlə razılaşaraq, Məxfilik Bildirişinin şərtlərini qəbul edirsiniz və bu, qüvvədə olan qanunvericilik və tənzimləmələrə əsasən qəbul edilən şəxsi məlumatların istifadəsi üçün yazılı razılıq deməkdir.
- AloVəkil Tətbiqi və ya AloVəkil Xidmətlərindən istifadə zamanı digər vasitələrlə əldə olunmuş və ya qeydiyyatdan keçirilmiş fərdi məlumatlarınız Məxfilik Bildirişinə uyğun olaraq, fərdi məlumatlar üzrə informasiya sistemlərinin dövlət qeydiyyatı daxil olmaqla qüvvədə olan qanunvericilik və tənzimləmələrə əməl etmək üçün işlənilə, ötürülə və ya digər formada istifadə oluna bilər. Bu Ümumi Qaydalar və Şərtlərlə razılaşaraq, Məxfilik Bildirişinin şərtlərini qəbul edirsiniz və bu, qüvvədə olan qanunvericilik və tənzimləmələrə əsasən qəbul edilən şəxsi məlumatların istifadəsi üçün yazılı razılıq deməkdir.
- İstehsalçının göstərişlərinə zidd olan hər hansı bir şəkildə mobil cihazınızın proqram təminatı və ya əməliyyat sistemi səviyyəsində köklənməsi, dəyişdirilməsi və ya limitlərin qırılması cihazı mobil təhlükələrə qarşı həssas edir. Siz təsdiq edirsiniz ki, belə dəyişdirilmiş mobil cihazın istifadəsi ilə bağlı hər hansı itkilərə görə Biz məsuliyyət daşımırıq və belə bir cihazın istifadəsini dəstəkləmək öhdəliyimiz yoxdur.
- Administrasiya Müştəriyə aşağıdakı kommunikasiya kanalları vasitəsi ilə məlumat və bildirişlər çatdırıla bilər:
- Mail göndərmə;
- Push-Bildirişlər;
- SMS göndərmə;
- AloVəkil Tətbiqində şəxsi kabinetdə təqdim etmə.
- Müştəri platformanın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkət etməməli, Administrasiyanın ilkin yazılı icazəsi olmadan Platformada olan informasiyanı köçürməməli, təkrar etməməli, dəyişdirməməli, yaymamalı və ictimaiyyətə təqdim etməməli, platformaya girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə platformanın işinə mane olmamalı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olan hərəkətlər etməməlidir.
- Müştəri platforma üzərindən təqdim etdiyi məlumatlarda, şərhlərində, qeydlərində və açıqlamalarında aşağıdakıların olmamasını öhdəlik götürür:
- yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
- dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
- oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasını aparma;
- üçüncü şəxsin mülkiyyət hüququnu pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatının toxunulmazlıq hüququna qəsd etmə;
- özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatları saxlama;
- böhtan və ya təhdid xarakterli məlumatlar və bəyanatlar;
- cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
- terror və ekstremist fəaliyyətə çağırmaq və ya dəstəkləmək;
- əxlaqsız və ya pornoqrafik xarakterli məlumatları və ya materialları yaymamaq;
- özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların mənimsənməsinə yönəldilmiş;
- istehlakçıların hüquqlarını pozan, bazarı və rəqabəti məhdudlaşdıran məlumatlar;
- üçüncü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmaq.
Nəzərə alın ki, Müştəri məmnuniyyəti ilə əlaqədar olaraq bütün danışıqlar Platformada qeydiyyata alınır. - Müştəri təqdim etdiyi məlumatlarda, şərhlərində, qeydlərində, açıqlamalarında 3-cü şəxslərin hüquqlarının pozulmasına səbəb olan ifadələrə görə, habelə istənilən hərəkətləri ilə Qanunvericiliyin və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə şəxsən məsuliyyət daşıyır. Administrasiya qeyd olunan halları aşkar etdikdə və ya 3-cü şəxslərin bu barədə əsaslandırılmış müraciətini aldıqda Müştərinin qeydiyyatını bloklaşdıra və ya tamamı ilə ləğv edə bilər.
- Xidmət haqqı və Tətbiqdaxili Ödəniş
- AloVəkil tətbiqi üzərindən Tərəfdaş Vəkillər tərəfindən göstərilən AloVəkil xidmətlərinə görə Müştərilər Tərəfdaş Vəkillərə Xidmət haqqı ödəyir.
- Müştəri AloVəkil xidmətlərinin göstərilməsi üçün ödəniş etmək üçün Tətbiqdaxili ödəniş xidməti vasitəsi ilə şəxsi kabinetində balansını artırmalı və balansda vəsait saxlamalıdır. AloVəkil xidmətləri üçün sorğunuzun (zənginiz) reallaşdırılması üçün balansda saxlanılmalı minimal vəsait 2 (iki) AZN təşkil edir. Sorğunuz əsasında Tərəfdaş Vəkil tərəfindən AloVəkil xidmətləri göstərilərkən AloVəkil tətbiqi vasitəsi ilə xidmət haqqının avtomatik hesablanması zamanı balansınız sıfıra bərabər olduqda, xidmətin göstərilməsi avtomatik kəsilir. Bununla əlaqədar olaraq, sorğunuzun mahiyyəti və alacağınız xidmətin ağlabatan müddətini nəzərə almaqla, AloVəkil xidmətini sorğu etmədən öncə balansınızı yoxlamanız və ağlabatan məbləğdə artırmağınız tövsiyyə olunur, əks halda xidmətin yarımçıq kəsilməsinə görə Administrasiya və Tərəfdaş Vəkil məsuliyyət daşmır.
- Müvafiq ərazi üçün dəstəklənən ödəniş seçimlərindən asılı olaraq, AloVəkil Tətbiqində mövcud olduğu təqdirdə, Siz AloVəkil xidmətlərinə görə xidmət haqqının ödənişi üçün balansınıza vəsaiti kart və ya digər ödəniş üsulları ilə əlavə edə bilərsiniz. Administrasiya Tətbiqdaxili Ödəniş xidmətini təqdim etməklə Tərəfdaş Vəkillər üçün kommersiya agenti kimi çıxış edir. Hər bir Tərəfdaş Vəkil Administrasiyaya Tərəfdaş Vəkil ilə Müştəri arasında razılaşma, müştərilərdən ödənişləri qəbul etmək və ödənişləri Tərəfdaş Vəkilə ötürmək səlahiyyəti də daxil olmaqla, vasitəçilik etmək üçün kommersiya agenti kimi çıxış etməyə səlahiyyət verib. Sorğunuz əsasında AloVəkil xidmətinə görə balansınızdan Tətbiq vasitəsi ilə xidmət haqqı silindikdə Tərəfdaş Vəkil qarşısında xidmət haqqının ödənişinə görə öhdəliyiniz yerinə yetirilmiş olacaq. Siz, Müştəri olaraq, ödənişin həyata keçirilməsini və balansınızda kifayət qədər vəsaitin olmasını təmin etmək üçün məsuliyyət daşıyırsınız.
- Tətbiqdaxili Ödəniş vasitəsilə Administrasiya ödənişlərinizi qəbul edir və pulu Tərəfdaş Vəkilə ötürür.
- Tətbiqdaxili Ödəniş vasitəsilə AloVəkil xidmətləri üçün ödənişlər edərkən, Administrasiya üçüncü tərəfin mümkün ödəniş xərclərinə görə məsuliyyət daşımır (məsələn, mobil operatorlar, bank haqları və s.). Bu xidmət təminatçıları Tətbiqdaxili Ödənişlə əlaqədar ödənişləri emal edərkən sizdən əlavə haqq tələb edə bilər. Administrasiya bu cür ödənişlərə görə məsuliyyət daşımır və bununla bağlı bütün məsuliyyətdən imtina edir. Ödəniş metodunuza həmçinin ödəniş xidmətləri göstərən müvafiq üçüncü tərəf təminatçısına əlavə şərtlər tətbiq oluna bilər; ödəniş üsulunuzdan istifadə etməzdən əvvəl bu şərtləri nəzərdən keçirin.
- Administrasiya Tətbiqdaxili Ödənişin fəaliyyətinə cavabdeh olacaq və problemlərin həllində dəstək verəcək. Tətbiqdaxili Ödəniş ilə bağlı mübahisələrin həlli də bizim vasitəmizlə həyata keçirilir. Ödəniş dəstəyi xidməti üçün əlaqə saxlayın: payment@alovekil.com. Elektron poçt və ya AloVəkil Tətbiqi ilə göndərilən sorğular bir iş günü ərzində cavablandırılacaq. Administrasiya
Xidmət haqqı Müştərinin (sizin) sorğusu (zəngi) üzrə Tərəfdaş Vəkilin göstərdiyi AloVəkil xidmətinin – şifahi hüquqi məsləhətin – müddət uzunluğuna uyğun Standart tariflər əsasında (Standart tarif x danışıq dəqiqələri = Xidmət haqqı düsturu ilə) AloVəkil tətbiqi vasitəsi ilə avtomatik hesablanır və Müştərinin balansından silinir.
Xidmət haqqı standart tarifləri bu Müqavilənin əlavəsi sayılan “AloVəkil Xidmət Tarifləri” adlanan sənədlə müəyyən olunur. Administrasiya Tərəfdaş Vəkillə və Müştərilərlə razılaşdırmadan, lakin 3 gün əvvəlcədən bildiriş göndərməklə tarifləri birtərəfli qaydada dəyişə bilər. Xidmət haqqı Azərbaycan manatı ilə hesablanır və ödənilir. - AloVəkil xidmətlərinin sifarişi (sorğu edilməsi) və ləğvi
- Əgər siz AloVəkil tətbiqində onlayn olan Tərəfdaş Vəkillərdən hər hansı birini seçərək “zəng et” düyməsini sıxsanız, AloVəkil xidməti sifariş edilmiş (sorğu edilmiş) sayılır. Administrasiya AloVəkil xidmətlərini həyata keçirmir və bu cür xidmətin göstərilməsi ilə bağlı Müştəri ilə Tərəfdaş Vəkil arasında münasibətlərin tərəfi deyildir.
- Siz AloVəkil tətbiqində bu Ümumi Qaydalar və Şərtlərin 1 nömrəli əlavəsində göstərilən müddətdə sorğunuzu ləğv edə bilərsiniz, əks halda sorğunuz üzrə AloVəkil xidməti göstərilmiş sayılır və AloVəkil Xidmətinin göstərilməsinə görə AloVəkil Tətbiqi vasitəsi ilə bu Ümumi Qaydalar və Şərtlərin 4.1-ci bəndində və 1 nömrəli əlavəsində nəzərdə tutulan qaydada və məbləğdə xidmət haqqı hesablanacaq və balansınızdan silinəcəkdir.
- AloVəkil tətbiqində Tərəfdaş Vəkillərin profil məlumatları (təcrübəsi, ixtisas bilikləri, ixtisaslaşma sahəsi, dil bilikləri və s.) qeyd edilmişdir. Müvafiq dil biliklərinə sahib olmayan Tərəf Vəkilin seçilməsi halı istisna olmaqla, sorğu üzrə xidmətin davam etdirilməsinə qərar vermə hüququ Müştəridə saxlanılır. AloVəkil xidmətini sorğu etmədən öncə sorğunuza uyğun Tərəfdaş Vəkili seçməyiniz tövsiyə olunur, əks halda bu Ümumi Qaydalar və Şərtlərin 1 nömrəli əlavəsində göstərilən müddətdən artıq sorğu üzrə AloVəkil tətbiqi üzərindən danışığı davam etdirəcəyiniz təqdirdə xidmət haqqının hesablanması, habelə xidmətin keyfiyyəti ilə bağlı risk sizə aid edilir və bu halda Administrasiya və Tərəfdaş Vəkil xidmət haqqının hesablanması və AloVəkil Xidmətinin göstərilməsinə görə məsuliyyət daşımır.
- Hər hansı danışıq dilində AloVəkil xidmətinin göstərilməsi üçün seçdiyiniz Tərəfdaş Vəkil profil məlumatlarında həmin dil biliyinə malik olduğunu qeyd etməmişsə, sorğunuza cavab olaraq AloVəkil Xidmətinin göstərilməsini dərhal dayandıra bilər. Bu halda xidmətin göstərilməsinin dayandırılmasına görə Administrasiya və Tərəfdaş Vəkil məsuliyyət daşımır.
- Tərəfdaş Vəkil Müştəriyə AloVəkil xidmətlərinin göstərilməsi zamanı sizin danışığınızda və ya verdiyiniz məlumatlarda bu Ümumi Qaydalar və Şərtlərin 3.8. və 3.9-cu bəndlərində qeyd olunanlardan hər hansı birini və ya bir neçəsini aşkar etdikdə, xidmətin göstərilməsini dayandırmaq hüququna malikdir. Bu halda xidmətin göstərilməsinin dayandırılmasına görə siz şəxsən məsuliyyət daşıyırsınız və dayandırılmaya qədər hesablanmış və balansınızdan silinmiş xidmət haqqı sizə geri qaytarılmayacaq. Eyni zamanda, bununla bağlı Tərəfdaş Vəkilin sizə qarşı irəli sürəcəyi pretenziya və iddialara görə Administrasiyanı cəlb etmədən siz şəxsən məsuliyyət daşıyırsınız.
- Siz heç bir halda Tərəfdaş Vəkillərlə danışıq zamanı onlara Tətbiqdən kənar xidmət alınmasını təklif etməməlisiniz, şəxsi əlaqə vasitələrinizi paylaşmamalısınız, Tərəfdaş Vəkilin əlaqə məlumatlarını istəməməlisiniz, AloVəkil tətbiqindən Tərəfdaş Vəkillə büroda, ofisdə və ya hər hansı formada fiziki görüşə nail olmaq üçün vasitə qismində istifadə etməməlisiniz. Səbəbindən asılı olmayaraq qeyd olunanları etdiyiniz təqdirdə, biz şəxsi hesabınızı müvəqqəti bloklaya bilərik.
- Siz sorğunuzu bu Qaydalar və Ümumi Şərtlərin 5.2-ci bəndinə uyğun olaraq, 24 saat ərzində bir neçə dəfə ardıcıl olaraq ləğv etsəniz, biz xəbərdarlıq məqsədilə hesabınızı müvəqqəti bloklaya bilərik. Bir neçə belə xəbərdarlıqdan sonra hesabınızı daha uzun müddətə (məsələn, 6 ay müddətinə) dayandıra bilərik. Bu müddətdən sonra siz hesabınızın yenidən bərpa edilməsini xahiş edə bilərsiniz və müraciətiniz Administrasiya tərəfindən nəzərdən keçiriləcəkdir.
- Bu Qaydalar və Ümumi Şərtlərin tələblərini kobud şəkildə pozduğunuz halda Administrasiya şəxsi hesabınızı bloklaya və ya tamamı ilə ləğv edə bilər. Bu halda balansınızda qalan vəsait sizin müraciətiniz əsasında 5 (beş) iş günü ərzində Administrasiya tərəfindən geri qaytarılır.
- AloVəkil Tətbiqindən istifadə etmək üçün lisenziya
- Bu Ümumi Qaydalar və Şərtlərə əməl etdiyiniz müddətcə, biz sizə bu Ümumi Qaydalar və Şərtlərə, Məxfilik Bildirişi və tətbiq olunan tətbiq mağazası şərtlərinə uyğun olaraq, AloVəkil Tətbiqinə daxil olmaq və ondan istifadə etmək üçün royalti tətbiq edilmədən, geri alına bilən, qeyri-müstəsna hüquq verməyə razıyıq. AloVəkil Tətbiqindən istifadə etmək üçün həmin hüququ ötürə və ya sub-lisenziya verə bilməzsiniz. AloVəkil Tətbiqindən istifadə hüququnuz ləğv edildiyi təqdirdə, müvafiq qeyri-müstəsna lisenziya da ləğv ediləcək.
- Məsuliyyət
- AloVəkil Tətbiqi Müştərilər və Tərəfdaş Vəkillər arasında vasitəçilik xidməti (kommunikasiya vasitəsi) olduğundan, biz AloVəkil xidmətlərinin keyfiyyətinə və ya göstərilməsində qüsurların olmamasına zəmanət verə və ya heç bir məsuliyyət daşıya bilmərik.
- AloVəkil Tətbiqi Müştərilər üçün AloVəkil xidmətləri təklif etmir və ya broker xidməti göstərmir. O, həmçinin Tərəfdaş Vəkillər üçün müştəri tapmaq üçün agentlik xidməti göstərmir. AloVəkil Tətbiqi AloVəkil xidmətlərinin göstərilməsinin təşkili üçün vasitə kimi istifadə olunur.
- AloVəkil Tətbiqi "olduğu kimi" və "mövcud olduğu kimi" əsasında təmin edilir. Biz AloVəkil Tətbiqindən istifadəni fasiləsiz və ya səhvsiz olacağına görə təminat və ya zəmanət vermirik. Platformada hər hansı nasazlıq olarsa, biz onları ən qısa zamanda düzəltməyə çalışacağıq, lakin nəzərə alın ki, tətbiqin işləməsi təsadüfi texniki səhvlər səbəbindən məhdudlaşdırıla bilər və biz tətbiqin hər zaman işləyəcəyinə zəmanət verə bilmirik, məsələn, fövqəladə hal zamanı xidmətin dayandırılması ilə nəticələnə bilər.
- Administrasiya, onun nümayəndələri, menecerləri və işçiləri AloVəkil tətbiqindən istifadə nəticəsində və ya AloVəkil Tətbiqi vasitəsilə təqdim edilən xidmətlə əlaqədar baş verə biləcək hər hansı itki və ya zərərə görə məsuliyyət daşımırlar, həmin zərər və itkilərə aşağıdakılar daxildir, lakin bununla məhdudlaşmır:
- hər hansı birbaşa və ya dolayı maddi zərər və ya pul itkisi;
- mənfəət itkisi;
- biznes, müqavilələr, əlaqələr, reputasiya və biznesin dayandırılması nəticəsində yarana biləcək hər hansı bir itkilər;
- məlumatların itirilməsi və ya qeyri-dəqiqliyi; və
- hər hansı digər növ itki və ya zərər.
- Administrasiyanın müqavilənin pozulması ilə bağlı maliyyə məsuliyyəti 270 AZN ilə məhdudlaşdırılacaq. Əgər Administrasiya bu Şərtləri bilərəkdən pozduqda zərərin ödənilməsini tələb etmək hüququnuz olacaq. Administrasiya Tərəfdaş Vəkilin hərəkətlərinə və ya hərəkətsizliyinə görə məsuliyyət daşımayacaq və Tərəfdaş Vəkilin Müştərilərə vurduğu ziyana görə məsuliyyət daşımayacaq.
- AloVəkil Tətbiqindən istifadəniz nəticəsində Administrasiyanı, onun nümayəndələrini, işçilərini və menecerlərini hər hansı iddia və ya zərərlərdən (hər hansı xarakterli öhdəliklər, zərərlər və xərclər daxil olmaqla) azad etməyə razılaşırsınız.
- Siz bu Ümumi Qaydaları və Şərtləri pozsanız və ya biz Platformanın və Tərəfdaş Vəkillərin peşakarlığını və reputasiyasını qorumağı zəruri hesab etsək, tərəfinizdən AloVəkil Tətbiqindən istifadəni dərhal dayandıra bilərik.
- Ümumi Qaydalar və Şərtlərə Dəyişikliklər
- Ümumi Qaydalar və Şərtlərə hər hansı əsaslı düzəlişlər edilərsə, o zaman sizə elektron poçt və ya AloVəkil Tətbiqi bildirişləri ilə məlumat veriləcək. AloVəkil Tətbiqindən istifadə etməyə davam etsəniz, düzəlişləri qəbul etmiş sayılırsınız.
- Yekun müddəalar
Ümumi Qaydalar və Şərtlər Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh edilir. Ümumi Şərtlər və ya Müqavilədən irəli gələn müvafiq mübahisə danışıqlar yolu ilə həll edilə bilmədikdə, mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Əgər istehlakçısınızsa, yurisdiksiya istehlakçılara tətbiq olunan məcburi müddəalara uyğun olaraq müəyyən edilir. Ümumi Şərtlərin hər hansı müddəası icra edilməz hesab edilərsə, tərəflər həmin icra edilməz müddəanı əvəz etməlidir və həmin yeni müddəa həmin icra edilməz müddəanın ilkin niyyətinə uyğun olsun.
0001 nömrəli Tərəfdaşlıq Müqaviləsinə
Əlavə № 1
Əlavə № 1
Xidmətin göstərildiyi dil | Ölçü vahidi | Qiyməti (Azərbaycan manatı) |
---|---|---|
Azərbaycan dilində | 1 dəqiqə | 0.80 |
Rus dilində | 1 dəqiqə | 1.50 |
İngilis dilində | 1 dəqiqə | 3.00 |
Qeyd:
-zəng zamanı danışığın ilk 15 saniyəsi pulsuzdur və bu müddətdə danışıq tamamlandıqda xidmət haqqı hesablanmır, danışıq davam etdirilərsə həmin müddət danışıq dəqiqələrinə daxil edilir və xidmət haqqı hesablanır.-Xidmət haqqı tam danışıq dəqiqələrinə uyğun hesablanır, yəni danışıq zamanı saniyə qalıqları olduqda, dəqiqələrə yuvarlaqlaşdırılır və xidmət haqqı hesablanır.