“ALO VƏKİL” PLATFORMASININ MƏXFİLİK SİYASƏTİ


TƏRİFLƏR

Alovəkil Xidmətləri – Platforma üzərindən “Tərəfdaş Vəkil”in müştərilərə real vaxt rejimində göstərdiyi hüquqi məsləhət xidmətləri.

Alovəkil Tətbiqi – “Tərəfdaş Vəkil”lər və müştərlər üçün real vaxt rejimində hüquqi məsləhət xidmətini əldə etmək üçün smartfon proqramı.

Platforma AloVəkil.com veb ünvanında yerləşdirilmiş internet resursu, müxtəlif əməliyyat sistemləri əsasında internet resursuna əlavələr və başqa xidmətlər, mobil tətbiq (AloVəkil Tətbiqi), proqram təminatı, habelə Administrasiya, Tərəfdaş Vəkil və Müştəri tərəfindən yerləşdirilmiş məlumat bazasından ibarət olan informasiya sistemidir.

Administrasiya (“biz”, “bizim” və ya “biz” kimi istinadlar istifadə olunur) – AloVəkil mobil tətbiqi də daxil olmaqla Platforma üzərində mülkiyyət hüquqlarına və onu idarəetmə səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən şəxsdir.

Müştəri – Alovəkil Platformasından istifadə edərək Alovəkil Xidmətləri ilə bağlı müraciət edən fiziki şəxs.

“Tərəfdaş Vəkil” (həmçinin “siz” kimi istinad istifadə olunur) – Alovəkil Platforması üzərindən Alovəkil Xidmətlərini təqdim edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. Hər bir “Tərəfdaş Vəkil” Alovəkil Tətbiqindən və Alovəkil Platformasından istifadə etmək üçün şəxsi hesab əldə edəcək.

Müştərinin şəxsi hesab məlumatları – Müştərinin qeydiyyat vaxtı və ya platformanın xidmətlərindən istifadə edərkən sərbəst şəkildə özü haqqında təqdim etdiyi şəxsi məlumatlar daxil olmaqla istənilən informasiya, Platformadan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumat, o cümlədən IP-ünvan, cookie-dən məlumat, Müştərinin brauzeri haqqında və Müştəri haqqında başqa məlumatlardır.

Hörmətli istifadəçi, məlumatlarınızın məxfiliyinin qorunması Platforma üzərindən “ALO VƏKİL” Platforması üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, Platforma “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, ata adı, soyad, elektron poçt ünvanı və/və ya bu kimi şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. Platfotma şəxsi məlumatlarınızı yalnız xidmətlərimiz və Platfotma haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək. Müasir informasiya texnologiyalarının bizə verdiyiniz məlumatların toplanmasında və istifadəsindəki əhəmiyyətini əks etdirmək üçün bu “Məxfilik siyasəti” adlanan sənəd hazırlanmışdır. Bu “Məxfilik siyasəti”ndə “biz”ə edilən istinadlar Platformaya münasibətdə istifadə olunur və “siz”ə edilən istinadlar fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur. Bu “Məxfilik siyasəti”nin və “Fərdi məlumatlar haqqında” Qanunun məqsədləri üçün “alo vekil” platforması “fərdi məlumatların informasiya sistemi” hesab edilir. Bu “Məxfilik Siyasəti” “alo vekil” platforması (platforma) toplanan məlumatlara aiddir. Platforma sizin “Müştəri” və ya “Tərəfdaş Vəkil” olmağınızdan asılı olmayaraq, məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Platformadan istifadə etməklə, əlaqə vasitələrinizi daxil etməklə və ya qeydiyyatdan keçməklə, siz bu “Məxfilik siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Bu razılıq tərəfinizdən platformada müəyyən olunmuş qaydalara uyğun olaraq qeydiyyatınız ləğv edildiyi müddətədək qüvvədədir. Hər hansı şərt və ya qayda ilə razı deyilsinizsə, xahiş edirik platformadan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz. Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat platformada yerləşdiriləcəkdir. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün platformanı mütəmadi yoxlamaq vəzifəsi sizə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, sizə münasibətdə tətbiq ediləcək.

ŞƏXSİ OLMAYAN İNFORMASİYALAR

Qeyd edək ki, siz platformaya daxil olaraq özünüz haqqında hər hansı şəxsi məlumatları verməyə də bilərsiniz. Bəzi hallarda platformaya daxil olarkən Platforma tərəfindən sizə aid olan, ancaq şəxsi əhəmiyyət kəsb etməyən məlumatlar avtomatik rejimdə qeydiyyata alına bilər. Bunlar “cookies” adlanaraq, istifadə etdiyiniz internet brauzeri vasitəsilə sizin mobil cihazın sərt yaddaşına göndərilən hərf və rəqəmlərdən ibarət işarələrdir. Bu cür informasiyalara sizin hansı internet brauzerdən istifadə etdiyiniz, mobil cihazın əməliyyat sistemi, internet şəbəkəsinin domen adı, İP ünvanınız, veb-saytda baxdığınız səhifələr və ya hansı sayt/reklamdan bizim platformaya yönlənməyiniz haqqında məlumatlar daxildir. Eyni zamanda, “cookies” və ya ona oxşar fayllar vasitəsilə kompüterinizə bəzi məlumatlar yerləşdirilə bilər. Əksər internet-brauzerlərin köməyilə siz “cookies”i sərt diskdən silə, onların yaddaşda saxlanmasını əngəlləyə və yaxud onların saxlanacağı haqqında xəbərdarlıq ala bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, həmin informasiyaların qarşısını almaqla siz platformanın bütün seçimlərindən yararlanmaq imkanından məhrum ola bilərsiniz.

FƏRDİ MƏLUMATLAR

“Fərdi məlumatlar haqqında” Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, sizdən istənilə biləcək, ancaq buradakı siyahı ilə məhdudlaşmayacaq fərdi məlumatlar aşağıdakılardır:

Müştəri ilə bağlı məlumatlar:

Tərəfdaş vəkil ilə bağlı

Burada qeyd olunan fərdi məlumatların toplanması həmin fərdi məlumatların subyektinin eyniləşdirilməsi və verifikasiyası məqsədilə həyata keçirilir. İstənilən halda siz fərdi məlumatlarınızı platformada qeyd etməmək hüququnuzu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, platforma vasitəsilə “Alo vəkil” xidmətindən yararlanmaq üçün bu məlumatların qeyd olunması ilkin şərtdir. Xüsusilə vurğulamaq istəyirik ki, yuxarıda göstərilən fərdi məlumatları platformaya daxil etmədiyiniz təqdirdə, platformada nəzərdə tutulmuş imkanlardan məhrum olacaqsınız. Platforma ancaq könüllü olaraq ötürdüyünüz fərdi məlumatları toplayır. Əlavə olaraq, Platforma verdiyiniz məlumatlardan yeniliklər yeni məhsul və xidmətlər haqqında sizə emaillə məlumat vermək üçün istifadə edə bilərlər. “Alo vəkil” xidmətindən istifadə etmək tamamilə könüllülük prinsipinə əsaslanır. “Məxfilik siyasəti”nin mahiyyəti ondan ibarətdir ki, məlumatlarınızın üçüncü şəxsə ötürülməsi barədə sizə xəbər vermədən və sizin yazılı razılığınız olmadan fərdi məlumatlarınızı Platforma (və ya müqavilə əsasında fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsinin həvalə edildiyi fərdi məlumatların operatoru) istisna olmaqla digər şəxs və qurumlara ötürmür və ya satmırıq. Bununla belə, “Fərdi məlumatlar haqqında” Qanunun 13.2-ci maddəsi ilə müəyyən olunmuş bəzi istisna hallarda fərdi məlumatlarınızın ötürülməsi mümkündür. Məsələn, bu cür məlumatların qanunvericiliyin tələbi ilə müvafiq orqanlara verilməsi mümkündür. Bundan əlavə, “Fərdi məlumatlar haqqında” Qanunun 9.9-cu maddəsinə əsasən mülkiyyətçi fərdi məlumatların toplanılmasını və işlənilməsini müqavilə əsasında, fərdi məlumatların mühafizəsinin təmin olunması şərti ilə operatora həvalə etmək hüququna malikdir. Fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsi operatora həvalə edildikdə, bu barədə (o cümlədən, operatorun kimliyi barədə) sizə yazılı məlumat veriləcək. Qeyd etməyi zəruri hesab edirik ki, toplanılan və işlənilən fərdi məlumatların platformada yüksək səviyyədə mühafizə olunur.

VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Platfotma olaraq hər hansı məqsəd üçün yetkinlik yaşına çatmayan şəxslər barəsində fərdi məlumatların saxlanılması və ya istifadəsi (istər daxili, istərsə də xarici marketinq məqsədləri üçün) hallarının əleyhinəyik. Əlavə olaraq, belə bir məlumat aşkarlandığı təqdirdə, dərhal tərəfimizdən silinir. Əgər siz valideyn olaraq himayənizdə olan yetkinlik yaşına çatmayan şəxsin platformaya fərdi məlumatları ötürdüyünü aşkar etmisinizsə, xahiş edirik ki, belə məlumatların silinməsi və ya müvafiq xidmətin dayandırılması üçün bizə dərhal məlumat verəsiniz. Bununla belə, valideynlər “Fərdi məlumatlar haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən uşaqlarının onlayn fəaliyyətlərini nəzarətdə saxlamaqda məsuldurlar və bunun üçün xüsusi proqram təminatlarının uşaqlar üçün yaratdığı imkanlardan yararlana bilərlər.

ƏLAQƏLİ LİNKLƏR

Platfotmada olarkən Platfotmanin loqosu, məhsul və xidmətləri haqqında məlumatların yerləşdirildiyi digər platformalara keçid üçün linklər yerləşdirilə bilər. Xahiş edirik nəzərə alasınız ki, həmin platformaların öz məxfilik siyasəti var və biz onların məxfiliyin təmin edilməsi siyasətinə, oradakı məzmun və məhsulların düzgünlüyünə, etibarlılığına, uyğunluğuna, qanuniliyinə və xoşniyyətliliyinə görə məsuliyyət daşımırıq.

MƏLUMATLARIN SİLİNMƏSİ

Haqqınızda topladığımız şəxsi məlumatları silməyimizi istəyirsinizsə və ya bu Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız olarsa, bizimlə e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz. support@alovekil.com

Ana səhifəyə qayıt